"Xəzərin enerji resursları Avropanın enerji təminatı üçün xüsusi əhəmiyyətlidir"
11:51 05-05-2015
CƏMİYYƏT
"Xəzərin enerji resursları Avropanın enerji təminatı üçün xüsusi əhəmiyyətlidir"
İstanbulda Strateji, Texnik və İqtisadi Araşdırmalar Mərkəzinin (STEAM) təşkil etdiyi Geosiyasi Enerji Arenasında qlobal enerji bazarında mövcud vəziyyət və bölgədə baş berən geosiyasi proseslərin enerji bazarına təsiri müzakirə olunub.
Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin, Dünya Bankı rəsmilərinin, habelə enerji sektoru və akademik dairələrin nümayəndələrinin iştirak etdiyi Geosiyasi Enerji Arenasında ölkəmizi Bakı Dövlət Universitetinin müəllimi, enerji və təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli təmsil edib.
Xəzər hövzəsinin enerji resurslarının bölgədəki siyasi proseslər üçün əhəmiyyəti barədə danışan B.Aslanbəyli qeyd edib ki, Xəzər hövzəsi son 20 il ərzində qlobal və regional siyasətdə mütəmadi olaraq diqqət mərkəzində qalan bölgəyə çevrilib: "Şübhəsiz ki, bu, birinci növbədə Xəzər hövzəsi ölkələrinin zəngin enerji resurslarına malik olması ilə əlaqədardır. Hər bir ixracatçı-istehsalçı ölkə kimi, Xəzər hovzəsində zəngin resurlara malik Azərbaycan, Qazaxıstan və Türkmənistanın da enerji təhlükəsizliyinin əsas istiqaməti təhlükəsiz, sabit və etibarlı ixrac marşrutlarına malik olmaq və bu zaman enerji potensialını xarici siyasət dividendlərinə çevirmək imkanlarından da faydalanmaqdır.
Azərbaycanın enerji resusları ilə zəngin olması, bu resurslara böyük ehtiyac duyulan Avropa ölkələrinin coğrafi yaxınlığında yerləşməsi, habelə bu resursların Avropa bazarlarına ixracı imkanları Azərbaycanın geosiyasi vəziyyətinin əhəmiyyətliliyini daha da artırır".
Ekspertin fikrincə, geosiyasi əhəmiyyətimizi artıran digər bir faktor ölkənin enerji resursları ilə zəngin Mərkəzi Asiya olkələri ilə Avropa arasında bir növ körpü rolunu oynamaq imkanına malik olmasıdır: "Avropa bazarına enerji resurslarının ixracatçısı olmaqla yanaşı, Azərbaycanın Türkmənistan təbii qazının və Qazaxıstan neftinin Avropa və dünya bazarına çıxarılmasında əhəmiyyətli mövqeyə malik olması ölkənin regional və beynəlxalq səviyyədə geosiyasi əhəmiyyətini şərtləndirən amillərdir. Zəngin təbii qaz ehtiyatlarına malik Türkmənistanın yaxın illərdə illik hasilatını daha da artırmağı qarşısına məqsəd qoyması, bu ölkənin də ixrac marşrutlarının diversifikasiyası ətrafında ciddi düşünməyini zəruri edir. Şərq və Şimal istiqmətində artıq müəyyən ixrac infrastrukturlarına malik Türkmənistanın hazırda qarşısında duran əsas məsələlərdən biri Qərb istiqaməti üzrə də ixrac potensialını və imkanlarını konkretləşdirməkdir".
O qeyd edib ki, digər Xəzər hövzəsi ölkəsi olan Qazaxıstanın artıq Xəzərin qərb sahillərindən başlayan ixrac marşrutlarından faydalanma təcrübəsi var: ""Kaşaqan" yatağından hasilatın başlaması ilə ölkənin ümumi neft hasilatının artması Qazaxıstan üçün də mövcud ixrac infrastukturu ilə yanaşı, Qərb istiqamətinin də daha ciddi nəzərdən keçirilməsini zəruri edəcək".
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44