İstirahət günləri mitinq keçirilməməlidir - Qanun nə deyir?
11:58 05-05-2015
CƏMİYYƏT
İstirahət günləri mitinq keçirilməməlidir - Qanun nə deyir?
Milli Məclisin sonuncu iclasında YAP-çı millət vəkili Siyavuş Novruz tərəfindən aksiyaların bazar günü keçirilməməsi ilə bağlı məsələ qaldırıldı.
S.Novruzov bildirib ki, bir siyasi partiya, siyasi təşkilat 300-400 adamı toplamaqla mitinq keçirirsə, ona görə bütün hüquq-mühafizə orqanları, ayrı-ayrı strukturlar, insanlar həmin günü işləmək məcburiyyətindədirlər.
"Bu mitinqlərin əksəriyyəti istirahət günlərinə düşür. Ona görə də həmin insanlar məcburdur ki, öz istirahət hüquqlarından imtina etsinlər və onların toxunulmazlığını təmin etsinlər. Digər tərəfdən isə mitinqlərin keçirildiyi ərazilərdə yaşayan insanların da istirahət hüququ pozulur. Çünki həmin ərazilərdə yaşayan sakin məcburdur ki, iki saat kiminsə nəsə danışmağına qulaq assın".
Millət vəkili hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna bu məsələ ilə bağlı müddəa əlavə olunmalıdır.
S.Novruzovun təklifinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov münasibət bildirib.
Deputat qeyd edib ki hüquq baxımdan hər hansı bir şəxsin sərbəst toplaşmaq azadlığı hüququndan bazar günü istifadə etməsi, heç də kiminsə istirahət hüququnu pozması demək deyil.
Millət vəkilinin sözlərinə görə, istirahət hüququnun pozulması başqa formadadır: "İnsanların istirahət hüququ səs-küy etməklə, istirahət vaxtını, istirahət imkanlarını əlindən almaqla hüququ pozula bilər".
Polis işçilərinin bazar günləri mitinqlər zamanı məcburi şəkildə işə cəb olunmasına gəlincə, deputat vurğulab ki, polisin fəaliyyəti əmək qanunvericiliyi ilə tənzimlənən fəaliyyət deyil: "Polis gecə də, bazar günü də işləyə bilər. Belə ki, bu "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" qanunla tənzimlənir. Yəni, bu polisin istirahət hüququnu pozmur. Polis dövləti təmsil edir. Bir nəfər şəxsin hüququ, hətta dövlətin özünün hüququ üzərində prioritet təşkil edir. Bu şəxsi mövqeyim deyil, bütün dünyanın mövqeyi budur. Bazar günü aksiyanın olmasına gəlincə, bu yaxşıdır ki, iş vaxtına təyin edib insanları işdən çıxmağa məcbur etmirlər. Kimlərinsə əmək fəaliyyətinə mane olmurlar. Hüququn prinsipləri, insan hüquqlarının müdafiəsinin şərtləri var və buna görə o fikirlərlə razı deyiləm".
R.Cəbrayılov qeyd edib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda bəzi çatışmayan cəhətlər var. Amma heç kim onun qeyri-demokratik olduğunu iddia edə bilməz: "Bununla bağlı yaxın günlərdə kitabım çıxacaq. Orada Avropa ölkələrinin anoloji qanunları ilə bağlı bütün məsələlər üzrə müqayisə aparmışam. Beynəlxalq aləmdə bununla bağlı araşdırmalarım həmin kitabda olacaq. ABŞ-ın Texas ştatında toplantıdan 15 gün əvvəl, Vaşinqtonda 40 gün əvvəl, Nyu-Yorkda isə 45 gün əvvəl xəbərdar etməlisən ki, toplantı keçirəcəksən. Həmin yerlərdə bürokratik əngəllər var.
Mer icazə verməz, məsələn deyə bilər ki, sizin toplantıda iştirak edəcək insanlar üçün konkret limit var və o qədər hərəkət edən tualet olmalıdır. Və yaxud da ki, siz göstərin, görək toplantıdan sonra həmin ərazini kim təmizləyəcək, vurulacaq ziyanı ödəməyə pulunuz varmı? Belə bürokratik əngəllər var.
Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu heç kim deyə bilməz ki, qeyri-demokratikdir".
Digər Xəbərlər
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35