Avropa siyasətçilərini rüsvay edən məqam
07:00 06-05-2015
CƏMİYYƏT
Avropa siyasətçilərini rüsvay edən məqam
"Erməni soyqırımı" məsələsinin RF-Türkiyə münasibətlərinə daxil olması Avropa siyasətçilərini rüsvay edə bilər. "Erməni soyqırımı"nın 100 illiyi tədbirləri 3 qrupa bölünür. Hazırlıq mərhələsi, Roma Papasının bəyanatı və tədbirin özünün keçirilməsi.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib:
"I. Hazırlıq mərhələsi. Ermənilər hazırlıq mərhələsində real güclərini başa düşdülər. Ona görə müəyyən kompromis və ya cəlbedici addımlar hazırlamışdılar: a) Dünyaca populyar, ermənilərin qədim peşəsinin davamçısı pornoaktrisa K.Kardaşyan baş nazir O.Abramyanın Ermənistanın inkişafı üçün təsis etdiyi fond tərəfindən dəvət edildi və səfəri həmin fond maliyyələşdirmişdi. Baş nazir onu qəbul etdi. K.Kardaşyan yüksək çinli dövlət qonağı kimi mühafizə və müşayiətlə təmin olunmuşdu. K.Kardaşyanın səfəri "soyqırım"ın 100 illiyi ərəfəsində Ermənistana populyarlıq gətirdi. b) Rəsmi Yerevan "erməni soyqırımı"nın keçirilməsi tədbirlər planında "Mets Yeqern" terminindən istifadəyə meylli idi. Başqa sözlə, B.Obamanın istifadə etdiyi və ya edəcəyi "Mets Yeqern" terminini əvvəlcədən razılaşdırılmış variant kimi təqdim etmək istəyirdilər. c) Dövlət başçılarını və yüksək səviyyəli nümayəndə heyətlərini cəlb etmək üçün bir sıra müəssisələrin açılışı nəzərdə tutulmuşdu. Fransanın "SAUR" şirkəti aprelin 22-də Ermənistana gəldi. Baş nazir O.Abramyanla görüşdü".
Politoloq bildirib ki, ABŞ-ın nümayəndə heyətinə maliyyə nazirinin başçılıq etməsinin əsas səbəbi Vorotan SES-in ABŞ-a satılması ilə bağlı müqavilənin imzalanması idi: "Ermənistan hökuməti bu müqaviləni imzalamağa hazır olduğunu bildirdi. ç) Azərbaycanlı girovlar D.Əsgərov və Ş.Quliyevlə əlaqəli yenicə tamamlanmış "hüquqi prosedurlar"ı yenidən təkrarladılar. Bu iki azərbaycanlı girovu həbsdən azad etmək istəyirdilər. II. Roma Papasının "erməni soyqırımı"nı "XX əsrin ilk soyqırımı" adlandırması və unutmamağa çağırması Avropada geniş rezonans yaratdı. Avrokomissiya və ABŞ Dövlət Departamentinin yaydıqları bəyanatla Roma Papasının bu bəyanatını adi hal kimi dəyərləndirmələri də nəticəsiz qaldı. Avropa dövlətləri "erməni soyqırımı"nın tanınmasını öz parlamentlərinin gündəliyinə daxil etdilər. Avroparlament "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş qətnamə layihəsinin mətnində ciddi dəyişiklik etdi".
Mərkəz rəhbərinin sözlərinə görə, qətnamə layihəsində "erməni soyqırımı"nın tanınmasının müasir Türkiyəyə qarşı yönəlmədiyi xüsusi vurğulanırdı: "Guya "erməni soyqırımı"nı osmanlılar törədib və indiki Türkiyə bunun əvəzində cəzalanmamalıdır. Bu tezisi müzakirə zamanı sıradan çıxardılar. III. Tədbirin keçirilməsində əsas diqqət çəkən məsələ Ermənistanın bu tədbirə şou elementləri qatmasıdır. a) Konsertlərin təşkili. b) Rəsmi Yerevan müəssisələrin açılması, müqavilələrin imzalanması, azərbaycanlı girovları azad etmək ilə bağlı verdiyi vədlərdən imtina etdi. c) Sisernekaberddə keçirilən yad etmə mərasimi Rusiya və Fransanın telekanalları vasitəsilə yayımlandı. 60 nümayəndə heyətinin iştirakı deyilsə də, əslində, cəmi 5-6 dövlətin rəsmiləri bu tədbirdə iştirak edirdilər. 10-12 ölkəni parlamentarilər təmsil edirdi. Qalanları isə Ermənistanda akkreditasiya olunmuş səfirliklər, beynəlxalq nümayəndəliklərin təmsilçiləri qismində iştirak etdilər. Reallıqda iştirak edən nümayəndə heyətlərinin sayı 40 hüdudlarında idi. Bunlardan cəmisi 4-ü prezident idi - RF, Fransa, Serbiya və Kipr prezidentləri ilə təmsil olunmuşdu. Müqayisə üçün deyək ki, Türkiyədə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd olunmasında 90 ölkənin təmsilçiləri iştirak edirdilər. Bunlardan 21-i prezident və baş nazir səviyyəsində idi. Ondan bir az sonra Azərbaycanda III Qlobal Forum keçirildi. 70 ölkədən 350-yə yaxın nümayəndə iştirak etdi. Azərbaycandakı III Qlobal Forumda iştirak edənlərdən 6-sı fəaliyyətdə olan prezident idi".
M.Əhmədoğlu bildirib ki, RF və Fransa prezidentlərinin aprelin 24-də Yerevanda olmalarının tarixləri var: "RF-in əvvəlcədən davranışının təbiiliyi göstərir ki, V.Putin aprelin 24-də Ermənistanda olmaq istəmir. RF prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov erməni jurnalistlər tərəfindən bu məsələ qaldırılarkən dəfələrlə səfərin tarixinin hələ dəqiq bilinmədiyi cavabını verirdi. V.Putinin aprelin 24-də Ermənistanda olmaq istəməməsinin əsas səbəbi Türkiyə ilə əlaqəlidir. Türkiyə ilə münasibətlər hal-hazırda Rusiya üçün çox mühüm əhəmiyyət daşıyır. Bu iki ölkənin münasibətlər sistemi pozitivdir və Qərbə qarşı dayanmaqda Rusiyaya daha böyük əhəmiyyət kəsb edir. Türkiyə-Rusiya münasibətlərinin neqativ formaya keçməsi Rusiya üçün ciddi zərbə ola bilər. "Erməni soyqırımı" məsələsinin müəllifi Rusiyadır. Çar Rusiyasının böyüməsi və güclənməsi Osmanlı İmperiyasının zəifləməsi dövrünə düşdü. Ona görə Çar Rusiyası Anadoluda Ermənistan dövləti yaratmaqla həm Osmanlı imperiyasını parçalamaq, həm də Konstantinopola daha da yaxın olmaq istəyirdi. Çar Rusiyası Konstantinopolu (İstanbul) III Romaya, yəni Dünya Pravoslavlığının Mərkəzinə çevirmək istəyirdi. Ona görə Çar Rusiyası Osmanlının tərkibindəki ermənilərə xüsusi diqqət ayırdı, ermənilərin milli-genetik xüsusiyyəti bu məsələdə ruslara kömək edirdi. Osmanlının başında duranlar Çar Rusiyasının Anadoluda erməni dövləti yaratmaq planını başa düşdülər və erməniləri Anadoludan Osmanlı imperiyasının qərb hissəsinə köçürməyə başladılar".
Politoloq əlavə edib ki, ermənilər ruslara vəd verdikləri üçün müqavimət göstərdilər və beləliklə, böyük qırğın əmələ gəldi: "Amma Osmanlı imperiyasındakı qırğınlardan qabaq Rusiya özü təxminən bu coğrafiyada soyqırım törədib. Çar Rusiyasının şərqə doğru irəliləməsinin qabağında çərkəzlər ən böyük maneə idi. Ona görə rus ordusu öldürə bildiyi çərkəzləri öldürdü, öldürə bilmədiyini Türkiyəyə qovdu. Hətta Ermənistanda müəyyən qrupun tanıdığı "çərkəz soyqırımı"nı Türkiyə bu vaxtadək tanımayıb. Türkiyədə keçirilən Çanaqqala tədbirində Rusiyanı RF Dövlət Dumasının sədri S.Narışkin təmsil edirdi. S.Narışkin diplomatik yolla hər şeyi etiraf etdi. I Dünya Müharibəsi zamanı Rusiya və Türkiyənin ayrı-ayrı cəbhələrdə olduğunu bildirməklə indi bu iki dövlətin dost olduğunu vurğuladı. S.Narışkin I Dünya müharibəsində baş verənlərin tarixini tədqiq etmək üçün müştərək komissiya yaratmağı təklif etdi. Deməli, "erməni soyqırımı" mövzusu onların birgə tədqiqat predmeti olacaqdır. Rusiya və Türkiyə tarixçiləri ilk görüşünü keçirdilər. Açıqlanan məlumatlar ümidvericidir. Ola bilər bu fəaliyyət R.T.Ərdoğanı və Türkiyənin digər rəsmilərini Rusiyanın "erməni soyqırımı"nda tutduğu mövqeyini yumşaltsın. Rusiya və Türkiyə tarixçilərinin I Dünya müharibəsində baş verənlərin tarixini tədqiq etmək üçün müştərək komissiya yaratması"erməni soyqırımı" barədə bütün həqiqətləri aşkarlayacaq və bu erməniləri müdafiə edən Avropa siyasətçilərni rüsvay edə bilər.
Fuad
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27