"Təxribatın arxasında erməni diasporu durur"
07:01 06-05-2015
CƏMİYYƏT
"Təxribatın arxasında erməni diasporu durur"
Bakı-2015 I Avropa Oyunlarına dəstək sosial dostluq qrupu "Antiazərbaycan kampaniyası I Avropa Oyunları müstəvisində" mövzusunda "dəyirmi masa" keçirib.
Tədbirdə millət vəkili Fəzail Ağamalı, fəal gənclər və qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən F.Ağamalı I Avropa Oyunları ərəfəsində aparılan qarayaxma kampaniyasını və ABŞ Dövlət Katibi Con Kerrinin bu istiqamətdəki fəaliyyətini pisləyib.
F.Ağamalı ölkəmizə qarşı aparılan şər-böhtanın arxasında erməni diasporunun və xüsusi xidmətlərin olduğunu diqqətə çatdırıb: "Biz yumruq kimi bir olub bu hücumları dəf etməliyik. Sizin hər birinizdən səylərinizi əsirgəməməyi arzulayıram".
F.Ağamalı bildirib ki, I Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Hamımız qürur duyuruq ki, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Amma uğurumuzu istəməyənlər Azərbaycana qarşı geniş hücum kampaniyası aparırlar".
Millət vəkili bildirib ki, bu hücumların qarşısının alınması məqsədilə aprelin 25-də sosial şəbəkədə I Avropa Oyunlarına dəstək dostluq qrupu yaradılıb: "Niyyətimiz Oyunlara dəstək verməkdir. Bütün imkanlardan istifadə edərək, sosial şəbəkələrdə Oyunların əleyhinə olan kampaniyalara qarşı mübarizə aparılmalıdır".
F.Ağamalı ABŞ dövlət katibi C.Kerrinin antiazərbaycan kampaniyasına rəhbərlik etməsi məsələsinə də toxunub. O bildirib ki, burada məqsəd I Avropa Oyunlarının keçirilməsinə mane olmaq, dünyada Azərbaycanın imicini zəiflətmək, şər və böhtan məlumatlar yaymaqdır.
Millət vəkili əlavə edib ki, Azərbaycanda bəzi qüvvələr bu çirkli kampaniyanı aparanlarla birlikdə ölkədə sabitliyi pozmağa çalışır: "Biz buna qarşı qətiyyətli mövqe göstərməliyik. Çünki bu, milli maraqlarımıza ziddir. Sosial şəbəkələrdə I Avropa Oyunlarının təbliğinə dəstək fəaliyyəti həyata keçiririk".
Daha sonra çıxış edən layihənin koordinatoru Nicat Müslümov qeyd edib ki, Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da daxil olmaqla qrupun 10 mindən artıq izləyicisi var və onların sayı hər gün artır. O, gəncləri qrupda fəal iştirak etməyə çağırıb: "Müxtəlif dillərdə statuslar yazaraq, Oyunları, Azərbaycanı təbliğ etməliyik. Oyunların keçirilməsi Azərbaycanın geniş təbliğidir".
Digər çıxış edənlər də ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasını pisləyib və bütün gəncləri bununla mübarizəyə səsləyiblər.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27