Mikayıl Cabbarov əmr verdi: Yeni qaydalar təsdiqləndi
11:39 07-05-2015
CƏMİYYƏT
Mikayıl Cabbarov əmr verdi: Yeni qaydalar təsdiqləndi
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları" təsdiqlənib.
Təhsil Nazirliyindən verilən xəbərə görə, qaydalara əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə yalnız III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər. Qeyd edilən təhsil səviyyələrini vaxtından əvvəl bitirmə təcrübəsinin tətbiqi istedadlı şagirdlərin aşkara çıxarılması və onların təhsil əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri hesab olunur.
Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən bəzi başlıca keyfiyyətlər var. Bunlara fiziki sağlamlıq və psixoloji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə, aydın, rabitəli nitq və çevik təfəkkür daxildir.
Şagirdin bu və ya digər təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə məsələ hər il dekabr ayından gec olmayaraq qaldırılır. Şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə məsələyə Pedaqoji Şurada baxılması üçün ibtidai təhsil səviyyəsi üzrə sinif müəllimi və məktəb psixoloqu, yuxarı təhsil səviyyələri üzrə isə müvafiq fənn müəllimləri (dil-ədəbiyyat, xarici dil, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika) və məktəb psixoloqu məktəbin direktoruna əsaslandırılmış birgə təqdimat ünvanlayırlar. Övladının müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi haqda məsələ valideynin (digər qanuni nümayəndənin) iştirakı ilə pedaqoji şurada müzakirə olunub müvafiq qərar qəbul edilir. Şagirdin hər hansı bir təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə pedaqoji şurada müsbət qərar qəbul edilərsə, həmin qərardan çıxarış, habelə, uşağın fiziki inkişafının normal olduğunu təsdiq edən yerli tibb müəssisəsi tərəfindən verilmiş arayış məktəbin direktorunun müvafiq məzmunda müşayiət məktubu ilə yerli təhsili idarəetmə orqanına təqdim olunur. Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar əmrlə mütəxəssislərdən ibarət komissiya təşkil edir. Komissiyanın tərkibinə fənn müəllimləri, məktəb psixoloqları, səriştəli metodist və məktəb rəhbərləri daxil olunur. Şagirdin təhsil aldığı məktəbin pedaqoji işçilərindən komissiyanın tərkibinə daxil edilməsi yolverilməzdir. Komissiya şagirdin növbəti sinifdə təhsil almasını şərtləndirən hazırlıq səviyyəsini aidiyyəti fənlər üzrə tərtib olunmuş suallar, eləcə də müsahibələr əsasında yoxlayıb onun müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirib növbəti sinifdə təhsil ala bilməsi imkanları barədə əsaslandırılmış pedaqoji-psixoloji rəy hazırlayır. Rəy komissiya üzvlərinin hər biri tərəfindən imzalanır. Yoxlamanın nəticəsi müsbət olduğu halda, komissiyanın rəyinin bir nüsxəsi yerli təhsili idarəetmə orqanının rəhbərinin məktubu ilə Təhsil Nazirliyinə göndərilir.
Şagirdin ümumi hazırlıq səviyyəsi, psixoloji dayanıqlığı, idraki inkişafı müəyyən olunmuş vaxtda Təhsil Nazirliyinin təyin etdiyi mütəxəssislər qrupu tərəfindən təkrar araşdırılır və yekun rəy Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edilir. Həmin rəyə görə, şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi tövsiyə olunursa, bu barədə aidiyyəti yerli təhsil idarəetmə orqanına məktub göndərilir. Həmin məktub əsasında şagirdin ikinci yarımildən etibarən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır və məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin müvafiq olaraq VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.
Digər Xəbərlər
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32