Abid Şərifov şikayətçiləri saymadı
11:20 28-08-2015
CƏMİYYƏT
Baş nazir müavini onların görüş tələbini geri çevirdi
Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri dünən Nazirlər Kabinetinin qarşısına toplaşıb. Onlar baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb ediblər.
Bu barədə sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, 50-yə yaxın sakin Nazirlər Kabinetinin qarşısına toplaşıb: "Biz Prezident Administrasiyasına getdik. Oradan Abid Şərifova müraciət etməyimizi tövsiyə etdilər. Lakin Abid Şərifov bizi qəbul etmədi". Sakinləri Nazirlər Kabinetinin tikinti və kommunal təsərrüfatı şöbəsinin rəhbəri Şahin Salahov qəbul edib: "Şahin Salahov isə dedi ki, köçürülmə və kompensasiya ilə bağlı heç nə deyə bilməyəcək. Hətta məlumat da vermədi. Abid Şərifovla görüşmək tələbimiz də yerinə yetirilmədi. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə son görüşdə işlərin yekunlaşmaq üzrə olduğunu söyləmişdilər, amma vəziyyət əvvəlki kimi qalmaqda davam edir".
Şikayətçilər yağışdan sonra çatların dərinləşdiyini dedilər: "Yağışdan sonra çatlar dərinləşir. 500 ailə təhlükədədir. Evləri tamamilə yararsız hala düşən 55 ailənin 3 günə köçürüləcəyi deyilsə də köçürülmə olmadı. Sakinlər təşviş içindədir".
Qeyd edək ki, ölkə başçısı son çıxışlarında məmurlardan vətəndaşların şikayətlərinə həssas yanaşmağı tələb edib. Belədə baş nazirin müavini Abid Şərifovun onunla görüşə gələn şikayətçiləri qəbul etməməsi anlaşılan deyil.
T.Əliyev
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22