Sərdar Cəlaloğlu Əli Kərimli ilə bağlı faktlar açıqladı
11:02 10-09-2015
CƏMİYYƏT
ADP sədri: "Hadisələr göstərdi ki, Əli Kərimli kino çəkdirirmiş, özü də baş roldadır"
ADP sədri Sərdar Cəlaloğlu radikal müxalifət və liderlərlə bağlı şok açıqlamalrla gündəmə gəlib.
S.Cəlaloğlu Milli Şuranın boykot çağırışına da münasibətini bildirərkən deyib ki, Milli Şura artıq yoxdur, orada, sadəcə, Əli Kərimli qalıb: "Əli Kərimli Azərbaycanda belə siyasət aparır: bütün müxalifət seçkini boykot edəndə, o, seçkiyə tək gedib, bütün müxalifət seçkiyə gedəndə, o, boykot edib. Burada bir niyyət var, hamıdan ayrılanda hakimiyyətin siyasi konyunkturasına uyğun olursan. Əli Kərimli müxalifətlə nə zaman bir yerdə olub ki, indi də bir yerdə olsun? O, həmişə çalışıb ki, ortalığa müxalifətdən fərqli mövqe qoysun və o fərqə görə də özünün fərdi və qrup maraqlarını təmin etsin".
O, 2005-ci il parlament seçkilərindəki situasiyanı xatırladıb: "Yadımdadır, 2005-ci ildə parlament seçkilərində sonuncu mitinqimizdə çox ciddi mübahisə oldu. Əli Kərimli belə təklif elədi ki, meydanda qalaq, guya hansısa dəstək olacaq, İsa Qəmbər dedi ki, aldığım məlumata görə bu, provokasiyadır, meydanda qalmaqla bütünlükdə aksiyaların qarşısı alınacaq. Sözün düzü, o vaxt Əli Kərimli mənə beynəlxalq səfirliklərin adından elə inandırıcı məlumatlar verdi ki, mən demokratik beynəlxalq qüvvələrin dəstəyinin olacağına inandım. Amma sonra hadisələr göstərdi ki, Əli Kərimli kino çəkdirirmiş, özü də baş roldadır, guya Azərbaycanda siyasi mübarizənin lideridir. Sonda noyabrın 26-da mitinqin dağıdılması ssenariyə daxil imiş Əli Kərimli meydandan çıxır, meydanda bunu döyürlər. BBC-nin çəkdiyi kinoya baxdım, orada epizodların bir çoxu gizli şəkildə edilmiş şeylər idi. Guya AXCP-çilər qala divarlarından şəhərə nələrsə yayırlar, bunlar həqiqətə uyğun deyildi, ssenari yazılmışdı. Guya AXCP-nin sexi varmış, orada qırmızı köynəklər istehsal edirlər. Yəni Əli Kərimli öz marağı üçün hər şeyi - müxalifəti, mübarizəni, əqidəni də qurban verməyə hazırdır. Bu adam siyasət adamı deyil, siyasətdə biznesmen kimi iştirak edib. Həmişə də qazanclı çıxıb. Görünür, bəzi münasibətlər korlanıb, indi də hökumətə radikal mövqedə durmaqla qazanc əldə etmək istəyir. Bir çox kanallarla onun necə maliyyələşməsi bizə də məlumdur. Bunlar hamısı siyasi oyundur. O, seçkini boykot etmir, sadəcə, olaraq siyasi boykot adı altında müəyyən qazanc götürmək istəyir. Özü bilər, işi irəli olsun".
ADP sədri əlavə edib ki, ümumilikdə qanun vətəndaşları seçkidən yayındırmağı qadağan edir: "Həm də demokratiya seçkidən yayınmağı ciddi addım hesab etmir, bugünkü beynəlxalq konyunktura Azərbaycanda hansısa radikal mövqenin düzgün olmadığını ortalığa qoyur. Şərtlər göstərir ki, Əli Kərimlinin bu qərarı siyasi reallıqdan uzaq, subyektiv qərardır. Tamamilə başqa niyyət və məqsədlərə xidmət edir. Milli Şuranın nə gücü, potensialı var ki? Sadəcə, adı qalıb, Milli Şuranın əsas gücü Müsavat idi. Müsavat və digər partiyalar Milli Şuradan çıxıb. İndi ancaq Əli Kərimli və onun tərəfdarları qalıb. Bu qurumun adını AXCP, Əli Kərimlinin tərəfdarları da qoymaq olar. Cəmil Həsənli dünənə qədər Əli Kərimlinin müavini olub. Hamı bilir ki, hətta Cəmil Həsənli prezidentliyə namizəd olanda da onun bütün mövqeyini Əli Kərimli müəyyənləşdirib. Hamımız Cəmil Həsənlinin statusunu, potensialını, rolunu və arxasında kimin durduğunu bilirik".
Nərgiz
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18