Təhsil Nazirindən rüşvət tapşırığı
11:25 15-09-2015
CƏMİYYƏT
Mikayıl Cabbarov: "Təhsil Nazirliyi son bir neçə il ərzində korrupsiya ilə bağlı kadr dəyişiklikləri, islahatlar həyata keçirib"
"Qəbul imtahanlarının nəticələrinin yaxşılaşması ümumtəhsilin keyfiyyətinin yaxşılaşmasıdır". Bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.
O, fikrini belə davam etdirib: "Uzun illərdən sonra bu il ilk dəfə ali məktəblərə qəbulda elan olunmuş balların endirilməsinə getmədik. Bu prinsipial şəkildə verilən qərardır. Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Bilik ya var, ya da yoxdur. Bu il ali məktəblərə qəbul planı 85 faizdən çox yerinə yetirilib".
Nazirin sözlərinə görə, valideynlər övladının qəbul imtahanlarında daha yaxşı nəticə əldə etməsi üçün çıxış yolunu onun 10-11-ci siniflərdə məktəbə getməməsində görürlər: "Həm valideyn, həm də şagirdlər icbari təhsildən sonra keçirilən əlavə fənləri lazımsız hesab edirlər. Düşünürəm ki, təmayyüləşmə tətbiq edilən məktəblərinin sayı bu halı aradan qaldırmağa kömək edəcək".
Nazir deyib ki, təhsil sistemində mənfi mühiti formalaşdıran amillər var və bu mənfi mühiti formalaşdıran amillərin ilk sırasında korrupsiya, rüşvət halları gəlir. O, bu sahədə görülən işlərdən danışaraq hələ də əldə edilən irəliləyişin onu qane etmədiyini diqqətə çatdırıb: "Təhsil Nazirliyi son bir neçə il ərzində korrupsiya ilə bağlı kadr dəyişiklikləri, islahatlar həyata keçirib. Birinci sinfə qəbulun elektronlaşdırılması, gənc müəllimlərin işə qəbulu, məktəb direktorlarının təyinatı bu işlər sırasına aiddir. Mən məktəb, nazirliyin şöbə və bölmə nümayəndələrini bu istiqəmətdə daha fəal, prinsipial olmağa çağırıram. Son tədris ilində də korrupsiya halları ilə bağlı bir çox tədris sahəsində fəaliyyət göstərən işçiləri cəzalandırılıb. Prokurorluq tərəfindən hazırda 2 məktəb direktoru tərəfindən cinayət işi aparılır. Sistemli tədbirlər dedikdə təhsil alanla təhsil verən arasında, vətəndaşla məmur arasında kontaktları minimuma endirir və ya istisna edir".
Mikayıl Cabbarov məktəbəqədər təhsil prosesinə də toxunub və bildirib ki, buradakı nəticələr qənaətbəxş deyil: "Uşaqlar birinci sinifə oxumağa gələnə qədər təhsil bilikləri zəif olur. Bu biliklər uşaqlara məktəbəqədər təhsil müəsissələrdə aparılır. Düzdür uşaq bağçaları bizim tabeliyimizdə deyil. Amma o uşaqlar bizə təhsil almağa gələcəksə, biz həmin müəsissələrlə əməkdaşlığı davam etdirməliyik ki, nəticələr qənetbəxş olsun. Yalnız Bakı şəhərində mövcud infrastrukturdan istifadə etməklə minlərlə şagirdlərə məktəbəqədər təlim imkanını yradırıq`.
O eyni zamanda yeni işə qəbul olmuş gənc müəllimlərin fəaliyyətinin izləndiyini də vurğulayıb: "Gənc müəllimlərin taleyi prezident İlham Əliyevin verdiyi sərəncamlarla izlənilir. Uzaq bölgələrə gedən müəllimlərə imtiyazların, əlavə ödənişlərin verilməsi onlara qayğının təzahürüdür. Elə olur ki, bölgələrə gedən müəllimlər ora gedərkən təhsil mühiti onları ruhdan salır. Yerli təhsil şöbələrinə müraciət edərək bildirirəm ki, müəllimliyə yeni başlayanlara və rayonlara gedənlərə münasibət standartlara əməl olunmalı, təhsil standartları qorunub saxlanmalıdır. Bunu təhsil işçilərindən tələb edirəm".
Gültəkin
Digər Xəbərlər
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44