Kəmaləddin Heydərovun qonağı var
11:10 17-09-2015
CƏMİYYƏT
Nazir İranın Ticarət, Sənaye və Mədən Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 16-da Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, nazir K.Heydərov bildirib ki, iki dost və qonşu ölkənin nazirliklərinin nümayəndə heyətlərinin səfərləri qarşılıqlı faydalı əməkdaşlığa yeni töhfələr verir.
Ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan bəhs edən nazir əlavə edib ki, əlaqələrimizi daha da genişləndirmək üçün böyük potensial mövcuddur.
Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının ticarət, sənaye və mədən nazirinin müavini Mehdi Kərbasian təmsil etdiyi nazirliyin Azərbaycan FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Toğrul
Digər Xəbərlər
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44