Cavid Qurbanov tariflərin həcminin yükdaşımalara təsirindən danışdı
10:59 14-10-2015
CƏMİYYƏT
Tariflərin şişirdilməsi Azərbaycanın vacib yükdaşımalardan kənarda qalmasına gətirib çıxarır.
Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, sahibkarların sərbəst işləməsi üçün hər cür şərait yaratmaq lazımdır: "Bu bazardır. Burada tarifləri bazarın özü müəyyənləşdirir. Lakin belə bir məqam var - dövlət tariflərə nəzarət etməlidir ki, onların süni şişirdilməsinin qarşısı alınsın".
QSC sədri qeyd edib ki, Azərbaycanın yükdaşımalardan kənarda qalmasına səbəb olan bir sıra problemlər mövcuddur: "Tarifləri tənzimləmək lazımdır. Lakin söhbət güzəştli tariflərin tətbiqindən getmir. Nəzərə almaq lazımdır ki, bəzi tariflər tənzimlənmir və ya düzgün tənzimlənmir. Nəticədə Azərbaycanın vacib yükdaşımalardan kənarda qalmasına gətirib çıxaran inhisarçılıq yaranır".
Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə gəlincə, C.Qurbanov əlavə edib ki, bu dəmir yolunun tikintisi üzrə işlərin böyük hissəsi artıq başa çatıb: "Dəmir yolu magistralının tikintisi üzrə işlərin 60 faizindən çoxu uğurla yekunlaşdırılıb. Görünə bilər ki, bu çox deyil. Lakin belə qəti hökm vermək olmaz. Bütün işlər bir neçə sahəyə bölünüb. Onların çoxunda demək olar ki, işlər 100 faiz başa çatıb. Lakin hələ bəzək işləri qalıb, buna görə də ümumi rəqəm ilk baxışdan böyük deyil. İşlər uğurla gedir. Düzdür, kiçik maliyyə çətinlikləri var, lakin fikrimcə, onlar yaxın vaxtıarda həllini tapacaq".
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18