Spiker: "Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri vardır"
11:24 20-10-2015
CƏMİYYƏT
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.
Spiker qonağı salamlayaraq, ümidvar olduğunu bildirdi ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəkdir: "Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri vardır. Təqdirəlayiq haldır ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində inkişaf edən əməkdaşlığımız bu gün də davam etdirilir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra bu əlaqələr strateji tərəfdaşlıq xarakteri almışdır. Münasibətlərimizin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar mühüm rol oynamışdır. Bugünədək ölkələrimiz arasında 107 sənəd imzalanıb. İqtisadi sahədəki əməkdaşlığımız, irimiqyaslı layihələrin həyata keçirilməsindəki birgə fəaliyyətimiz həqiqətən təqdirəlayiqdir. Biz Gürcüstanla həyatın müxtəlif sahələrində, o cümlədən parlamentlər səviyyəsində gələcəkdə də əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik".
Səmimi qəbul üçün minnətdarlığını bildirən Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirdi. Qeyd edildi ki, tarixən möhkəm təməllər üzərində qurulmuş əlaqələrimiz günbəgün inkişaf etməkdədir: "Biz Azərbaycanı özümüzə dost, strateji tərəfdaş hesab edirik. İnanırıq ki, birgə həyata keçirməkdə olduğumuz layihələr münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. İqtisadi, mədəni, humanitar sahələrdəki əlaqələrimizin daha da genişlənməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu sahədə hər iki ölkə parlamenti də dostluğumuzun daha da möhkəmlənməsinə öz töhfəsini verir".
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşanidze və digər rəsmi şəxslər iştirak edib.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18