İcra başçısı xəbərdarlıq etdi
10:55 22-10-2015
CƏMİYYƏT
Abdin Fərzəliyev rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibkarlara maneçilik törətməmək və bürokratik əngəllərə yol verməməyi tapşırdı
"Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr"ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
İH-dən "Unikal"a daxil olan xəbərə görə, rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il oktyabr ayının 12-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Hesabat məruzəsində tədbir iştirakçılarının diqqəti rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldilərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Rayonda sənayenin əsas iqtisadi göstəriciləri barədə ətraflı məlumat verilərək, doqquz ayın yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 792 milyon manatlıq məhsul istehsal olunduğu, istehlakçılara 1 milyard 938 milyon manatlıq və ya bütün sənaye məhsulunun 108,1 faizi qədər sənaye məhsulu göndərildiyi, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,6 faiz təşkil etdiyi, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2982 daimi iş yerinin yaradıldığı vurğulanıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov, "Polad Burazları" ASC-nin sədri Zakir Nəsirov, Nərimanov Su Kanal İdarəsinin rəisi Əhliman Mansurov, 291 nömrəli Ekologiya Liseyinin direktoru Sevinc Osmanova, Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev və iş adamı Xudu Rzayev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər.
Daha sonra A.Fərzəliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında sahibkarlara verdiyi dəstəklə bağlı tapşırıqlarını rəhbər tutaraq rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinə maneçilik törətməmək və sahibkarlara qarşı bürokratik əngəllərə yol verməmək barədə ciddi xəbərdarlıq edib.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18