Kərəm Həsənov görüş keçirdi
12:08 28-11-2015
CƏMİYYƏT
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Göyçayda vətəndaş qəbulu keçirib.
Qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab və İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. Komitədən verilən məlumata görə, qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək komitə sədrinə müraciətlərini bildiriblər. Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaşlar onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.
Qeydiyyatda "bir pəncərə" prinsipinə toxunan komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, artıq həm torpaq, həm də daşınmaz əmlakın qeydiyyatı yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Bir ünvana müraciət uzun prosedurları aradan qaldırıb. Artıq vətəndaşlar uzun sənədləşdirmə işi üçün vaxt sərf etmirlər, müxtəlif qurumlara müraciət etmirlər.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Fuad
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18