Səlim Müslümov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:31 01-12-2015
CƏMİYYƏT
Nazir: "Respublikada tətbiq olunan əmək müqavilələrinin elektron qeydiyyat sistemi hazırda dünyada innovativ yanaşmaları əks etdirən mütərəqqi iş təcrübələrindən biri kimi dəyərləndirilir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Meksikanın səfiri Xuan Rodriqo Labardini ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, nazir Səlim Müslümov nəzərə çatdırıb ki, cari ilin 10 ayında 3,3%-lik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7% çoxalıb. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7% bəndi üstələyərək 4,4% təşkil edib.
Nazir qeyd edib ki, əmək ehtiyatlarından səmərəli istifadə iqtisadi tərəqqinin xarakterik cəhətidir. 2004-cü ildən sonrakı dövrdə 1,4 mln.dan çox yeni iş yeri açılmaqla, işsizlik 4,9%-ə enib. Respublikada iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı növbəti ildə də yeni iş yerlərinin açılması prosesinin və əmək bazarında sabitliyin davam edəcəyinə təminat yaradır.
S.Müslümov ölkə əhalisinin təqribən 22%-dən çox hissəsini əhatə edən sosial təminat sisteminin inkişafı, əmək bazarına nəzarətin təkmilləşdirilməsi yönündə aparılan islahatlara da toxunub: "Ötən ildən respublikamızda tətbiq olunan əmək müqavilələrinin elektron qeydiyyat sistemi hazırda dünyada innovativ yanaşmaları əks etdirən mütərəqqi iş təcrübələrindən biri kimi dəyərləndirilir. Bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında mühüm rol oynayır". Meksika ilə əlaqələrin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu əməkdaşlığın əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.
R. Labardini Azərbaycanda iqtisadi inkişaf istiqamətində əldə olunan nailiyyətlərin, habelə iqtisadiyyatın artımının sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunmasının Meksika tərəfindən daim maraqla izləndiyini bildirib. Səfir iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində də əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin onun ölkəsi üçün də xüsusi önəm kəsb etdiyini və bunun üçün səylərini göstərəcəyini diqqətə çatdırıb.
Görüşdə Meksikanın sosial müdafiə sistemi barədə də ətraflı məlumat verilib. Azərbaycan və Meksika arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
H.İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18