Rusiya-Türkiyə gərginliyi Azərbaycan turizminə təsir edəcək
11:32 01-12-2015
CƏMİYYƏT
Əbülfəs Qarayev: "Turizm sənayesinin nümayəndələri ilə görüş keçirəcəyik, yeni tövsiyələr veriləcək"
"Mən heç kimin çətinliyinə sevinmək niyyətində deyiləm. Türkiyə bizim üçün çox önəmli turizm nümunəsidir. Biz çox vaxt onlardan nümunə götürürük. Sözsüz ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi rus turistlərin Türkiyəyə az səfər etməsinə gətirib çıxaracaq. Amma biz bu proseslərə mütləq reaksiya verməliyik".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra rus turistlərinin Azərbaycana gözlənilən çoxsaylı səfərləri barədə fikirlərə münasibət bildirərkən deyib.
Nazir bildirib ki, Azərbaycan Turizm Assosiasiyası "AZAL" ilə birgə tədbirlər hazırlayır: "Biz otellərlə danışmışıq, yeni paketləri tərtib etmişik. Bu gün turizm sənayesinin nümayəndələri ilə görüş keçirəcəyik, yeni tövsiyələr veriləcək. Artıq Moskvada və digər vilayətlərdə proses başlayıb, işlər aparılır. Baxmayaraq ki, bu siyasi vəziyyətdir, yaxud başqa məsələlərdir, biz maraqlıyıq ki, Azərbaycan turizmi Rusiya bazarında layiqincə təmsil olunsun".
"Azərbaycanda muzey işinin təşkilində tənqid olunası məqamlar çoxdur. Biz muzeylərin fəaliyyətini müasir şəkildə təmin etməliyik. Muzey işinin təşkilində müsbət məsələlərlə yanaşı bizi narahat edən məsələlər də var". Bunu da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey işçilərinin ümumrespublika müşavirəsində deyib. Nazirin sözlərinə görə, Xalça Muzeyində monitorinqlər keçirilib və nöqsanlar aşkar olunub: "Xalça Muzeyi Azərbaycanda qabaqcıl muzeydir və onun rolunu və nüfuzunu azaltmaq olmaz. Röya Tağıyeva tanınmış muzey xadimidir, beynəlxalq qurumların üzvüdür. Lakin işdə nöqsan olanda onu açıb deməliyik, onun qarşısını almalıyıq. Lazım gələndə töhmət də verməliyik, ölçü də götürməliyik. Bu normal iş prosesidir və sensasiya axtarmaq lazım deyil. Yaxın günlərdə bu məsələ ilə bağlı yekun qərar veriləcək".
Nazir əlavə edib ki, muzey işinin təşkilindəki problemlər daha çox kadrların səhlənkarlığı nəticəsində olur.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18