Bahar Muradova Nardaran hadisələrinə münasibət bildirib
11:36 01-12-2015
CƏMİYYƏT
Vitse-spiker: "Dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlardan Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək tələb olunur"
"Nardaran hadisələri ilə bağlı məsələləri gərginləşdirən açıqlamalara lüzum görmürəm. Hüquqa zidd hərəkətlər baş verib, hüquq-mühafizə orqanları da bu hadisələri araşdırır".
Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, hüquq-mühafizə orqanları hadisəyə hüquqi qiymət verəcək: "Dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlardan Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək tələb olunur. Dini inanc insanın özünə məxsusdur, mədəniyyətimizin, dünya görüşümüzün bir hissəsidir, amma tam həyatımız demək deyil. Hər bir insan dünyəvi ölkənin vətəndaşı olduğunu unutmamalı, həyatını dini inancı ilə birlikdə milli adət-ənənələrimizə, qanunlarımıza uyğun qurmağı bacarmalıdır".
"Biz təəssüf edirik ki, dünyada onsuz da gərgin olan bir durumda belə bir insident baş verib. İnanmaq istəyirəm ki, Türkiyə və Rusiya rəhbərliyi bu insidentin tərəfləri böyük fəlakətə sürükləyə biləcək qarşıdurmaya gətirib çıxarmasına izn verməyəcək və bu problem aradan qaldırılacaq". Apa-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycan yaranmış duruma görə narahat olur və təəssüf hissi keçirir: "Azərbaycanın Rusiya ilə çox gözəl əlaqələri var, bu, strateji tərəfdaşlığa söykənir. Türkiyə Azərbaycana yaxın və qardaş ölkədir. Türkiyə və Rusiya arasında baş verən proseslərə biganə qala bilmərik, narahatlığımızı da buna görə ifadə edirik. Azərbaycan olaraq iki ölkə arasında münasibətlərin normallaşması üçün hansı imkanlar varsa, bu imkandan istifadə etməyə cəhd göstəririk".
Ramiz
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18