Əyalətlərdə maraqlı qüvvələr peyda olub
11:09 06-06-2012
İQTİSADİYYAT
Əyalətlərdə maraqlı qüvvələr peyda olub
Qruplar şəklində gəzən həmin adamlar əhali arasında narazılığı etiraza çevirmək istəyirlər
Son günlər bölgələrdən maraqlı məlumatlar gəlir. Ölkənin demək olar ki, hər yerindən gələn bu xəbərlərdə vurğulanan əsas amil əyalətlərdə maraqlı qüvvələrin peyda olmasını ehtiva edir. Bununla bağlı bildirilir ki, son dövrlər peyda olan həmin qüvvələr əsasən əhali arasında narazılığı artırmaq, onların narazılıqlarını isə etirazlara çevirmək istəyirlər.
Məlumatlarda qeyd olunur ki, həmin şəxslər qruplar şəklində gəzir. Bir qismi yerli sakinlərdən ibarət olan həmin qrupların əsas təbliğatçıları isə rayona aidiyyatı olmayanlardır. İşin ən qəribə tərəfi isə odur ki, bu şəxslərin müxalifətlə heç bir bağlılığı olmadığı iddia olunur. Vurğulanır ki, heç bir müxalifət partiyasını təbliğ etməyən həmin qüvvələr əhalinin özünün XALQ HƏRƏKATI yarada biləcəyini söyləyirlər. Onların təbliğatlarında qeyd olunur ki, əgər əhali mövcud vəziyyətdən xilas olmaq istəyirsə, bunun üçün kütləvi etirazlara başlamalıdır. Və təbliğat mexnizmləri də elə seçilib ki, insanlara asanlıqla təsir etmək gücündədir.
Bildirək ki, bu cür vəziyyətlərin yaşanması gözlənilən idi. Həmin qüvvələrin isə dolayısı ilə Qərblə bağlı olduğuna dair xeyli əvvəldən məlumatlar vardı. Amma onlar ilkin mərhələdə özlərini daha çox müxalifətçi kimi təqdim etməyə çalışırdılar. Baş verənlərdən isə belə aydın olur ki, bu qüvvələr maraqlı dairələr tərəfindən ortalığa atılıb və məqsəd Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyirlər.
Nəzərinizə çatdıraq ki, analoji təcrübə Misir, Liviya və Tunisdə də yaşanıb. Xarici mətbuatın yaydığı məlumatlardan belə başa düşmək olar ki, "ərəb baharı"nı başa vurmuş adıçəkilən ölkələrdə Qərbdən gəlmiş xüsusi texnoloqlar təbliğat apapıblar. Onlar yerli əhali kimi, insanların arasına girərək, onları hakimiyyətlərin üzərinə qaldırıblar. Bu məsələnin üstü ilk olaraq Liviyada açıqlandı ki, onu da mərhum Qəddafi bəyan etdi. Həmin vaxt Qəddafi bildirirdi ki, Liviyada əhalini hakimiyyətin üzərinə qaldıran xüsusi adamlar bir xeyli müddət təbliğat aparıblar və mövcud aqressivlik də məhz həmin təbliğatın nəticəsidir.
Misirdə isə bu işin arxasından xarici beynəlxalq fondarlardan biri çıxmışdı. Almaniya hökumətinə bağlı olan həmin fondun uzun müddət Qahirədə gizli işlər gördüyü məlum olmuşdu. Bu barədə yayılan məlumatlarda vurğulanırdı ki, sözügedən fond özünün xüsusi adamlarını misirli kimi Misirə göndərərək, orada yerli QHT-lərlə yanaşı, həm də əhali ilə işləyiblər. Bu məqsədlə fondun milyonlarla dollar pul xərclədiyi də təsdiqlənən məlumatlar sırasında vardı.
Qeyd edək ki, həmin qüvvələrin Azərbaycanda da fəallaşa bilməsi istisna deyil. Hələ bir müddət əvvəl "Yeni Azərbaycan" qəzeti bununla bağlı maraqlı bir məqalə ilə çıxış etmişdi. Həmin məqalədə vurğulanırdı ki, Almaniya hökumətinə bağlı fondlar Azərbaycanda təxribatlar törətmək istəyir. Lakin hakim partiyanın mətbuat orqanı məsələdən xəbərdar olduqlarını qeyd edərək, bunun qarşısını alacaqlarını yazmışdı.
Təbii ki, bu gün Azərbaycanda vəziyyəti gərginləşdirmək, ictimai-siyasi sabitliyi pozmaqs, mövcud hakimiyyətə qarşı süni narazılıqlar yaratmaq istəyən qüvvələr fəallaşıblar. Müxalifətin də aktiv iştirak etdiyi həmin proseslərdə xarici xüsusi xidmət orqanlarının barmağının olduğu şübhəsizdir. Məqsəd Azərbaycanda Liviya, Suriya, Misir və Tunisdəki kimi vəziyyət yaradıb, bununla özlərinin çirkin siyasətlərini reallaşdırmaqdır. Amma bu qüvvələrin unutduğu bir neçə vacib məqam var.
Həmin məqamlardan biri odur ki, bu gün Azərbaycan xalqı hakimiyyəti və onun başında dayanan Prezident İlham Əliyevi dəstəkləyir. Elə bu səbəbdəndir ki, indiyə qədər baş vermiş bütün sosial və siyasi narazılıqlar fonunda etirazçılar prezidentə güvəndiklərini açıqlayıblar.
İkinci məqam isə ondan ibarətdir ki, Azərbaycan xalqı hər nə qədər narazılığı olsa belə, problemləri daxildə həll etməyə çalışır. Məsələ də belədir ki, onlar xarici qüvvələrin əlində alət olmaq fikrində deyillər. Bunun əyani sübutları sırasında müxalifətin keçirdiyi son aksiyaları göstərmək olar. Hər nə qədər cəhd etsələr belə, xalq müxalifətin keçirdiyi mitinqlərə qatılmadı.
Bir sözlə, xarici qüvvələr istəsələr belə Azərbaycanda arzularını reallaşdıra bilməyəcəklər. Bu gün xalq öz dövlətinə güvənir və onun rəhbərinin iqtisadi inkişaf yolunda atdığı addımları dəstəkləyir. Belə olan təqdirdə kimsə ölkədəki mövcud vəziyyəti dəyişmək gücündə deyil və olmayacaq.
Namiq Əlibəyli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00