Oqtay Əsədov Qazaxıstan prezidenti ilə görüşəcək
11:38 02-12-2015
CƏMİYYƏT
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd TürkPA Assambleya Şurasının və təşkilatın növbəti 6-cı plenar iclaslarında iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Çingiz Qənizadə, İlham Əliyev, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Astana şəhərində keçiriləcək TürkPA Assambleya Şurasının iclasında Azərbaycanın təşkilata sədrliyinin nəticələri, TürkPA Katibliyinin illik fəaliyyəti barədə hesabatlar dinləniləcək və digər təşkilatı məsələlərə baxılacaq. TürkPA-nın 6-cı plenar iclasında isə Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda keçirilmiş seçkilərə dair məruzələr dinləniləcək, qurumun komissiyalarının tövsiyə qərarlarına baxılacaq. İclasın sonunda Astana Bəyannaməsi imzalanacaq. O. Əsədov tədbirdə ölkəmizin təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə, quruma üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığa dair və gündəlikdəki digər məsələlərlə əlaqədar çıxışlar edəcək.
O. Əsədovun Qazaxıstan prezidenti Nursultan Nazarbayev və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri "Böyük Çöldə dövlətçilik və parlamentarizm" mövzusunda beynəlxalq konfransın işinə qatılacaq, Türk Akademiyasında, Qazaxıstan Milli Muzeyində, ölkənin birinci prezidentinin kitabxanasında olacaqlar.
Səfər dekabrın 4-də başa çatacaq.
Fuad
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18