Dövlət Sərhəd Xidmətinin yeni təlim poliqonu istifadəyə verilib
11:15 08-12-2015
CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrinin döyüş hazırlığının yüksəldilməsi, şəxsi heyətdə müasir silah və texnikaların döyüş tətbiqi üzrə bacarıq və vərdişlərin daha da gücləndirilməsi, hərbi qulluqçuların peşəkar hazırlığının təmin edilməsi üzrə xidməti imkanların genişləndirilməsi məqsədilə yeni təlim poliqonu xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Unikal"a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlim poliqonuna və Dövlət Sərhəd Xidmətinin çevik-hərəkət bölmələrinin döyüş hazırlığına baxış keçirib.
Şəxsi heyət qarşısında çıxış edən E. Quliyev yeni təlim poliqonun xidməti istifadəyə verilməsi münasibətilə sərhədçiləri təbrik edib, bu təlim poliqonunun Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstərdiyi böyük diqqət və qayğının növbəti nümunəsi olmasını, təlim poliqonunda sərhədçilərin peşəkar təlimi üçün mükəmməl şəraitin yaradılmasını xüsusi vurğulayıb.
400 hektar ərazidə inşa olunmuş yeni təlim poliqonunda ən mürəkkəb və müxtəlif məsafəli atışlar üçün uzaqdan idarə olunan hədəf sistemləri quraşdırılıb, taktiki hərəkətlərin işlənilməsi, çevik bölmələrin şəxsi heyətinin fiziki hazırlığının, psixoloji və dözümlülük vərdişlərinin inkişaf etdirilməsi üçün xüsusi təlim sahələri, komandir heyətinin bilik və bacarıqlarının artırılması üçün səhra tipli taktiki siniflərdən ibarət təlim sahəsi yaradılıb.
Təlim poliqonundakı elektronlaşdırılmış atəş sahələrində atıcı və iriçaplı silahlardan eyni vaxtda çoxsaylı atış tapşırıqlarını yerinə yetirmək, hər bir atış prosesində sərrastlığı real vaxt rejimində qiymətləndirərək korrektə etmək imkanları təmin edilib. Poliqonun taktiki və çevik bölmələrin hazırlığı üzrə təlim sahələrində sərhədçilərə döyüşdə düzgün hərəkət bacarıqlarının aşılanması, şəxsi heyətdə real döyüş şəraitində hədəfləri zərərsizləşdirmək və döyüş tapşırığını yerinə yetirmək vərdişlərini formalaşdırmaq üçün geniş şərait yaradılıb.
E. Quliyev tərəfindən şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi müsbət qiymətləndirilib, təlim tapşırıqlarının böyük məharət və ruh yüksəkliyi ilə yerinə yetirilməsinin hərbi hissə və birləşmələrin döyüş hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsi olması qeyd olunub. Tədbirin sonunda təlim tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular təltif olunub.
T.Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18