Millət vəkili prezidentin sərəncamından yazdı
13:25 08-12-2015
CƏMİYYƏT
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin bu gün imzaladığı Sərəncama münasibət bildirib.
Millət vəkili rəsmi facebook səhifəsində bu gün imzalanmış "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizdə qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynayacağını yazır:
""Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi həm də bir çox yan sektorların inkişafına səbəb olacaq."Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin ildə 60 milyon dollardan çox gəlir potensialı var.
Son günlər beynəlxalq tranzit daşımalarında Azərbaycanın əldə edə biləcəyi gəlirlər açıqlandıqca, ölkənin iqtisadi-coğrafi mövqeyinin nə dərəcədə əlverişli olması və bundan istifadənin vacibliyi bir daha qabarmağa başladı. Bunlardan yalnız birinə diqqət yetirsək: Şimal-Cənub nəqliyyat dəhlizi!
2005-ci ildə Azərbaycan ""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş"ə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Xəritəyə fikir versək, hazırda cənub-şərqi Asiyadan yüklər avropaya "göy" xətt ilə daşınır. Təklif olunuan Şimal-Cənub dəhlizi isə "qırmızı" xətlə göstərilib. Şimal-Cənub dəhlizi vasitəsilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatıdırılacaqdır.
Təkcə İran və Rusiya arasındakı ticarət dövriyyəsinə baxsaq (1.7 mlrd dollar) Şimal-Cənub dəhlizinin istifadəyə verilməsi 2 ölkə arasındakı yük mübadiləsinin mövcud marşrutunun 1000 km ə qədər qısa, 50%-ə isə ucuz edir. Yəni hər 2 ölkənin uduşu göz qabağındadır.
Bəs, Azərbaycanın uduşu? İlkin hesablamalara görə bu dəhliz vasitəsilə yalnız Rusiya və İran arasında yüklərin daşınması Azərbaycan büdcəsinə 60 milyon dollar qədər vəsait cəlb edə bilər, yeni iş yerlərinin açılmasını təmin edərək,dolayı yolla Azərbaycan iqtisadiyyatına yeni stimul verə bilər.
Prosess artıq başladı!".
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18