Xanım deputat direktorluqdan vaz keçə bilmir
17:14 11-12-2015
CƏMİYYƏT
Dilarə Cəbrayılova mandat qazanandan sonra da vəzifədə qalması müsbət qarşılanmır
Milli Məclisə yeni deputat seçilən bəzi vəzifəli şəxslər mandatı vəzifə ilə dəyişməli oldular. Belə ki, bir sıra ali məktəb rektorları Milli Məclisə üzv seçiləndən sonra istefa verdilər.
«Unikal»ın məlumatına görə, bəzi deputatlar isə vəzifələrini qorumaq niyyətindədirlər. Milli Məclisə yeni deputat seçilən Dilarə Cəbrayılova bu günə kimi rəhbərlik etdiyi məktəbi nəzarətində saxlamaq istəyir. Belə ki, D.Cəbrayılova hələ də 295 saylı orta məktəbin direktorudur. Deyəsən, digər həmkarları rektorluq kimi önəmli vəzifədən imtina etməyi bacarsalar da, hörmətli xanım deputat məktəb direktoru postundan vaz keçə bilmir. Yəqin ki, Dilarə Cəbrayılova bir nəfərin iki və daha artıq vəzifə daşıdığı dönəmlərin eyforiyasındadır. D.Cəbrayılovanın həm Milli Məclisin üzvü, həm də məktəb direktoru kimi qalması qanunvericiliyə də ziddir.
Bu barədə fikirlərini «Unikal»la bölüşən hüquqşünas Mehman Muradlı deyib ki, məktəb direktoru faktiki olaraq pedaqoji fəaliyyət hesab olunmur. Onun sözlərinə görə, hansısa deputatın həm inzibati vəzifədə fəaliyyət göstərməsi, həm də millət vəkili mandatını daşıması qanuna ziddir.
Siyasi şərhçi Əli Orucov «Unikal»a açıqlamasında deyib ki, rektorları deputatlıqla rektorluq arasında seçim etməyə məcbur edən qanunun tələbləri idi: Yaxşı ki, gec də olsa, bu pozuntu aradan qaldırıldı. Məktəb direktoru da inzibati vəzifə hesab olunur. Ona görə də qanun bu postda əyləşən şəxsin deputat mandatı daşımasına yol vermir. Hesab edirəm ki, Dilarə Cəbrayılova da qanunun bu tələbinə hörmətlə yanaşacaq».
Elvin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18