Nərimanovda Heydər Əliyevin anım günü ilə bağlı tədbir
11:28 12-12-2015
CƏMİYYƏT
Nərimanov Rayon İcra Hakimiyyətində mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, mərhum prezidentin əziz və parlaq xatirəsi ehtiramla yad edilib. Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin və ziyalıların qatıldığı tədbiri sabiq prezidentin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümumilli lideri Heydər Əliyevin vəfatından on iki il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
Ş.İbadov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
Ş.İbadov mərhum prezidentin Fəxri xiyabandakı məzarının ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrildiyini və demək olar ki, bütün il boyu insanların buraya gələrək, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə etdiklərini deyib.
Ş.İbadov eyni zamanda, ümumilli lider adını daşıyan Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə, həmçinin Nərimanov rayonunda və rayonla sosial-iqtisadi, ictimai-mədəni əlaqələri olan Rusiya Federasiyasının Həştərxan şəhərində həyata keçirilən geniş layihələr barədə məlumat verib və qarşılıqlı əlaqələrin təməlinin hələ Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulduğunu nəzərə çatdırıb.
Anım mərasimində çıxış edən Milli Məclisin deputatları Hikmət Babaoğlu, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Təfəkkür Universitetinin müəllimi, professor Cümşüd Nuriyev, Azərbaycan Kooperasiya Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı və Odlar Yurdu Universitetinin tələbəsi Günay imanova ümumilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Natiqlər mərhum prezidentin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu, ölkəmizin iştirakı olmadan coğrafi məkanda heç bir qlobal layihənin həyata keçirilmədiyini qeyd edərək, bütün bu nailiyyətləri mərhum prezident Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Sonda ümumilli lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.
Elvin
Digər Xəbərlər
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00