Milli Məclisdə xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edilib
11:31 12-12-2015
CƏMİYYƏT
Rafael Hüseynov: "Gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şikayət edəcəyəm"
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iclasda iştirak etməyən deputatların məsələsini qaldırıb. O, toplantıya qatılmayan komitə üzvlərindən Zeynəb Xanlarova və Ülviyyə Həmzəyevanın adlarını çəkərək bu halın növbəti iclasda da davam edəcəyi halda parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi müraciət edəcəyini bildirib: "Komitə üzvlərimizin sayında onsuz da məhdudiyyət var. Bunların da iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə sadəcə, xəbərdarlıq edirəm, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şikayət edəcəyəm".
İclasda bir neçə məsələ müzakirə olunub. "Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə göstərilir ki, kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında" qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Mövcud variantda isə göstərilir ki, kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.
Bundan başqa, iclasda radio və televiziyalarda ədəbiyyat sahəsi ilə bağlı verilişlərin koordinasiya şurasının xüsusi iclasına hazırlıq müzakirə olunub. İclasın bir ay müddətində keçirilməsinə qərar verilib.
Modern.az saytı məsələ ilə əlaqədar Zeynəb Xanlarovanın özü ilə əlaqə saxlamağa çalışıb. Köməkçisi Zeynəb Xanlarovanın adından onun iclasa nə üçün qatıla bilməməsinin səbəbini açıqlayıb. Zeynəb xanım xəstədir. İclasa qatıla bilməməsinin də səbəbi boğaz ağrısıdır. Başqa heç nə deyə bilmərəm".
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18