KİVDF qəzet layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan etdi
21:00 14-12-2015
CƏMİYYƏT
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2016-cı ilin I yarısıüçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:
№
İstiqamətin adı
1.
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
3.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
4.
İctimai və dövlət maraqlarının müdafiəsi
5.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
6.
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafetdirilməsi
7.
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
8.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
9.
Azərbaycançılıq ideyasının təbliği
10.
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
11.
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
12.
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
13.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
14.
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
15.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
16.
Ekologiya və ətraf mühitin mühafizəsi
17.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
18.
Elm və təhsilin inkişaf etdirilməsi
19.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:
-müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan,dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər
(1 il müddətində)
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər
(6 ay müddətində)
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;
Maliyyə yardımının şərtləri:
- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 60 000 (altmış min)manat müəyyən edilmişdir.
Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər dekabr ayının 15-dən 24-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Sənədlər Fonda şəxsən təqdim edilməlidir.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap olunmuş elektron variantda, (CD diskdə, Arial 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18