Rusiyanın "Qazprombank" və EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi, İtaliyanın SACE ixrac kredit agentliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu" imzalanıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, təntənəli imzalanma mərasimi Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Yeni irimiqyaslı neft-kimya layihəsi Azərbaycanda Rusiya və İtaliya tərəfdaşlarının iştirakı ilə qaz emalı və qaz-kimya zavodlarının tikintisini nəzərdə tutur.
"SOCAR Gas Plastics Company" layihəsi "Qazprombank" üçün maliyyə təminatı və Rusiya avanadlığının xaricə göndərilməsi baxımından yeni imkanlar açır.
İlkin qiymətləndirməyə əsasən, layihənin ümumi investisiya dəyəri 3,5 mlrd. ABŞ dolları təşkil edir. Layihə üçün Rusiya avadanlığı və materiallarının tədarükünün potensial həcmi və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri isə investisiya büdcəsinin 20%-ni təşkil edəcək.
"Qazprombank" qrupu Azərbaycanda SOCAR şirkəti ilə bir sıra iri layihələr həyata keçirir. Bu qarşılıqlı faydalı əməkdaşlıq Qrupun maliyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsidir", - deyə "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov bildirib.