Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə "Xəzər telekanalında işə başlayacaq.

Unikal.org Axşam.az-a istinadən məlumatına görə, ana olduqdan sonra Türkiyədə qalan aparıcı bir neçə gündür Bakıya qayıdıb.

Xoşqədəm Hidayətqızının verilişinə "Xəzər telekanalının yeni binasında artıq studiya ayrılıb. Verilişin işçi heyəti arasında X.Hidayətqızının "Səni axtarıram layihəsində çalışanlar da yer alıb.

Qeyd edək ki, X.Hidayətqızı həmçinin özügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat verilişinin ideya müəllifidir.

Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də "Xoşqədəmlə axtarıram səni və "Deməsək olmaz verilişlərinə aparıcılıq edib.