"Bu yaşıma qədər çox işgəncələr görmüşəm, bəzən həyatıma nifrət eləmişəm, buna görə özümü öldürmək istəmişəm, amma balalarım gəlib durub gözümün qabağında".
Unikal.org xəbər verir ki, bunu publika.az-a əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev deyib: "Yaradıcı adamlar həssas olur, adi sözdən təsirlənib depressiyaya düşə bilirlər. Mən də çox çətinliklərlə qarşılaşmışam, gözlərim tutulub, bir addımı seçə bilmirəm, amma kimə deyim dərdimi? Başqası olsaydı, çoxdan özünü asardı, amma mən intiharı seçmədim. Çünki dində bu yasaqdır. Həyat da gözəldir. Özünü asan adamlar son anda çaba göstərir. Uşaq vaxtı binadan yıxılan bir adamın yerə çırpılıb partladığını gözlərimlə görəndən sonra ölümdən qorxmağa başladım. Amma intihar eləsəydim, özümü suya atıb boğardım. Çünki suda boğulan insan çapalayır, ölümlə mübarizə aparır, onun sağ qalmaq ehtimalı da böyükdür. Amma özünü asan adam xilas ola bilmir".