Almaniya polisi Kassel hava limanından Türkiyəyə uçan təyyarənin sərnişinlərini təxliyə etməyə məcbur olub. Buna təyyarədə bomba partlayacağı barədə xəbər səbəb olub.
Unikal.org-un "Report"a istinadən verdiyi xəbərə görə, məlumatı "Kassel-live" portalı yayıb.
Yerli KİV-lər bildirib ki, anonim zəng "Turkish Airlines" aviaşirkəti ilə Kassel hava limanı arasında aparılan danışıqlar başa çatandan bir neçə saat sonra daxil olub.
Danışıqların məzmunu barədə məlumat verilmir.