Ötən ilin payızında ABŞ-ın Los-Anceles şəhərində 28 yaşlı Katriona Uaytın cəsədi tapılmışdı.

Dünyaca məşhur aktyor, Hollivud ulduzu, 53 yaşlı Cim Kerrinin sabiq sevgilisi intihar etmişdi.

Unikal.org milli.az-a istinadən bildirir ki, Katriona ölümündən bir neçə gün əvvəl Kerri ilə münasibətləri kəsmişdi.

Həmin günlərdə Los-Anceles polisi Katriona Uaytın ölümündən əvvəl evində yazı qoyduğunu demişdi. Fəqət, yazının məzmunu açıqlanmamışdı.

İndi həmin yazı açıqlanıb.

Katriona Uayt ölümündən əvvəl Cim Kerriyə ünvanladığı məktubunda yazıbmış: "Bu üç günü tənhalıqda keçirdim, yanımda olmadığına hələ də inana bilmirəm. Yolumu bundan sonra qırılmış qəlbimlə davam edə bilərəm. Sınmış qəlbimin qırıntılarını toplamağa çalışa bilərəm. Amma indi iradəm, qətiyyətim çatmır. Əfsuslar olsun ki, səni dəstəkləməyəcəyimi düşündün. Sənə varlığımı verməyə çalışırdım. Dəfn və bu kimi işlər barədə heç nə bilmirəm. Sən ailəmsən, əminəm ki, hər şeyi dürüst edəcəksən. Lütfən, bağışla məni. Sadəcə, bu dünya üçün deyiləm".

Cim Kerrinin dostlarının dediyinə görə, onlar münasibətləri kəsməmiş, bir qədər "fasilə" götürmüşdülər.

Katriona və Cim 2012-ci ilin sonlarında, çəkiliş meydançasında tanış olublar. Vizajist Katriona Hollivuda İrlandiyadan gəlmişdi.

28 yaşlı Katrioa Uayt "Zofran", "Propranol", "Percocet" və "Ambien" preparatlarını qarışdıraraq içmiş, intihar etmişdi.

Cim Kerrinin sevgilisinin intihar məktubu AÇIQLANDI - FOTO