İyulun 5-də V ixtisas qrupuna və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) keçirilmiş əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) unikal.org-a verilən məlumata görə, nəticələr iyulun 6-da saat 17:22-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Qeyd edək ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.

İmtahanlarda iştirak etmiş abituriyentlər komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 23504 abituriyentdən 4919 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 18585 abituriyentdən 22 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.