Liviyanın ikinci ən böyük şəhəri olan Benqazi yaxınlığında Rusiya ihtehsalı olan Miq-23 hərbi təyyarəsi qəzaya düşüb.
Qəzaya səbəb texniki nasazlıq olub.
Aviaqəza zamanı qırıcının pilotu Liviya Hərbi Hava Qüvvələrlərinin polkovniki İdris əl Obeydi həlak olub. Qırıcı general-leytenant Xəlifə Xaftarunun rəhbərlik etdiyi güclərin tərkibinə daxil olub və İŞİD terror qruplaşmasının mövqeyinə hücümdan qayıdarkən Benqazi yaxınlığında yerləşən El-Kuvarşada qəzaya uğrayıb. Qırıcının düşdüyü ehtimal edilən əraziyə axtarış qrupu yollanıb.
İyulun 1-də Rusiya ihtehsalı olan Miq-23 hərbi təyyarəsi Suriyada qəzaya düşüb. Bu barədə Suriya Silahlı Qüvvələrində olan mənbəyə istinadən Almaniyanın "Bild qəzeti xəbər verib.
Suriya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Dəməşq şəhərinin şərqində qəzaya uğrayıb. Hərbi təyyarənin pilotunun taleyi hələlik naməlumdur. Onun müxalif qüvvələrin əlinə düşdüyü ehtimal edilir. İlkin məlumata görə, təyyarə qəzasına texniki nasazlıq səbəb olub. Hadisə yerinə axtarış qrupu yollanıb. Verilən bəzi məlumatlara görə, Miq-23 hərbi təyyarəsi İŞİD qruplaşması tərəfindən vurulub.