Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub.
Məlumata görə, ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib.
Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb.
"Vladimir Putin vurğulayıb ki, Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının vacibliyinə əsaslanıb. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib, məlumatda deyilir.