Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, dövlət başçıları Suriya münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.
"Tərəflər Suriyada fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər. Bundan əlavə, hər iki lider münaqişənin siyasi həlli üçün BMT-nin himayəsi altında aparılan danışıqlar prosesinin bərpasının vacibliyini vurğulayıblar", məlumatda deyilir.
Görüşdə Ukraynadakı vəziyyətə də toxunulub.