Türkiyədə iki qardaş arasında yaşanan miras davası 6 nəfərin həyatına son qoyub.
Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Ordu vilayətinin Altınordu rayonunun Yaraşlı məhəlləsində qeydə alınıb. 60 yaşlı Maqsus Arslan Baydəmir aralarında miras bölgüsünə görə qarşıdurma yaranan və nəticədə ondan küsülü olan böyük qardaşı 75 yaşlı Mustafa Baydemirin evinə bayramlaşmaq üçün gəlib.
Maqsudla Mustafa arasında yenidən miras bölgüsü səbəbindən narazılıq yaranıb. Baş verən qarşıdurma zaman Maqsud böyük qardaşının evində olan ov tüfəngini əlinə alaraq evdəkilərə atəş açıb.Hadisə zamanı kiçik qardaş böyük qardaşı Mustafanı, onun həyat yoldaşı Nəziyəni, qardaşının övladları Gündoğanı, Aydoğanı və Rəcəb Baydemiri güllələyib. Xəsarət alan şəxslərin hamısı elə hadisə yerində keçiniblər. Maqsud Baydemir daha sonra eyni silahdan açdığı atəşlə özünü öldürüb.
Hadisən sonra polis ərazini nəzarətə götürüb. İnsident haqqında eşidən Baydəmir ailəsinin bəzi üzvlərinin vəziyyəti pisləşib və onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.