Böyük Britaniyanın baş naziri 26 il sonra yenidən qadın olacaq.
Unikal.org "Reporta istinadən xəbər verir ki, buna konservator-deputatların bu gün baş tutan səsverməsinin nəticələri deməyə əsas verir.
Nəticədə seçki kampaniyasının final mərhələsinə iki qadın namizəd - ölkənin daxili işlər naziri Tereza Mey və energetika və iqlim dəyişikliyi nazirinin müavini Andrea Lids seçiliblər.
Mey birpartiyalılardan 199 səs, Lids isə 84 səs toplayıb.
Buna qədər Britaniyada bu vəzifəyə cəmi bir dəfə qadın seçilib - Marqaret Tetçer (1925-2013). O hökuməti 1979-cu ildən 1990-cı ilə qədər idarə edib.
Yeni baş nazirin kimliyinə sentyabrın 9-da aydınlıq gələcək.