Faşistlərin lideri Adolf Hitler Roma Papası XII Piyanı oğurlayıb Almaniyaya gətirməyi planlaşdırıb.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, bu haqda Britaniyanın "Daily Mail qəzeti Vatikan muzeyinin keçmiş direktoru Bartolomeo Noqaranın oğlu Antonio Noqaranın məruzəsinə istinadən məlumat yayıb.
Sənədə görə, Roma Papasının oğurlanması üçün Hitler Vatikana kommandoslar göndərməyi planlaşdırıb. Piy iki faşist tərəfindən onun müdafiəsi adı altında ələ keçirilməli idi. Ancaq müttəfiqlərin əks planı olub. Onlar Roma yaxınlığına desant çıxararq Roma Papasını faşistlərdən xilas etməyə hazırlaşıblar.
Antonio Noqara 2014-cü ildə ölüb, papanın oğurlanması ilə bağlı mətn onun ölümündən sonra tapılıb və indiyədək yalnız Vatikanın "L'Osservatore Romano qəzetində çap olunub.