"Çılpaq vücuddan utanmaq, çəkinmək gərək deyil. Daha doğrusu, utanmaq olmaz. Kim Kardaşyan çılpaq fotosunu İnstagram-da paylaşanda tənqid olundu. Halbuki tənqid olunası heç nə yoxdur. Tanrı bizi belə yaradıbsa, əcaibliyi görmürəm".
Populyar supermodel Emil Ratakovski "Harper's Bazaar" jurnalına verdiyi müsahibəsində belə deyib.
Unikal.org milli.az-a istinadən bildirir ki, 25 yaşlı model jurnal üçün çılpaq pozalarda fotosessiyaya da çəkilib. Fotosessiyada o, Ledi Qodiva obrazında idi.
Emilinin dediyinə görə, onun fotoları əslində həddən artıq mühafizəkarlığa, qadın hüquqlarının pozulmasına və tapdanmasına etirazdır.