"Bundan sonra heç bir toyda oxumayacağam".

Unikal.org bildirir ki, bu sözləri aznews.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib.

Bu günə kimi toylarda 1 milyon manata oxuduğunu deyən müğənni yeni qərarlar aldığını açıqlayıb: "Mənə toylarda oxumaq üçün çoxsaylı dəvət gəlir, amma heç birini qəbul etmirəm. Toylara getməyəcəyəm. Bundan sonra ancaq konsertlərdə oxuyacağam. Gözəl mahnılarım var, onların hamısını xarici dilə tərcümə etdirmişəm. Dünyada tanınan ölkələrin də bir neçə musiqisini hazırlamışıq. Özümü başqa istiqamətdə sınayacağam".

B.Əliyev qeyd edib ki, bu təklif ona dostlarından gəlib: "Onlar mənə məsləhət elədilər ki, sən bu musiqini ifa eləsən, bütün dünyada məşhurlaşarsan. Müxtəlif dövlətlərdən konsert dəvətləri gələr. Deyirlər ki, xarici ölkələrdə çox yüksək qonarar verirlər. Mənə elə gəlir ki, sənətkar üçün bundan gözəl inkişaf ola bilməz. Mənim bir məqsədim var, Azərbaycanı təbliğ etmək".

Sənətçi hazırda ingilis dilini oyrəndiyini deyib: "Bu dili öyrənməkdə məqsədim səhnədə tamaşaçı ilə ünsiyyət qurmaqdır. Məncə, səhnə adamı dil bilməlidir".