Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluğunun əməkdaşları səhiyyə nazirinin müavini Roman Vasilişini tutub.
Nazir müavini rüşvət alarkən saxlanıb.
Təhlükəsizlik Xidmətinin rəisi Vasili Qritsak açıqlamasında bildirib ki, nazir müavini ilə birlikdə vasitəçi də həbs edilib. Araşdırmalara əsasən, Roman Vasilişin əvvəllər baş həkimi olduğu Aleksandrovsk xəstəxanasının (Kiyev) həkimlərinin xəstələrdən əməliyyat üçün pul yığması sxemi qurub. Nazir müavini bu sxem üzrə beşinci dəfə rüşvət alarkən yaxalanıb.
Baş nazir Vladimir Qroysman iyulun 8-də bəyan edib ki, Roman Vasilişin vəzifədən çıxarılıb.
Nazir müavini tutularkən və sonrakı axtarışlarda 50 min dollar və 320 min qrivna götürülüb.