"Moskvadakı diplomatına hücumdan sonra ABŞ Rusiyanın iki rəsmisini ölkədən çıxarıb".
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kibri mətbuat konfransında bildirib. O,məsələnin təfərrüatında danışmaqdan yayınsa da, rusiyalıların bu il iyunun 17-də ABŞ-dan çıxarıldığını vurğulayıb.
Qeyd edək ki, "Washington Post"hadisə ilə bağlı informasiyanı iyunun 29-da yayıb.
Məlumata görə,iyunun 6-da amerikalı diplomat ABŞ-ın Moskvadakı səfirliyinin binasına daxil olamq istəyərkən, döyülüb və çiyni sındırılıb.