Cənubi Sudanda prezident Salve Kiiraya tabe olan hərbçilərlə keçmiş üsyançılar arasında toqquşma baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, toqquşmalarda 150 nəfər həlak olub.
Qeyd edək ki, "Reuters" agentliyi toqquşmalar zamanı ən azı 115 nəfərin ölməsi haqda xəbər yayıb.
Məlumata görə, qarşıdurmalar zamanı həmçinin xeyli insan xəsarət alıb.