Rusiyanın ən məşhur müğənnilərindən biri Filipp Kirkorov Bakıda keçirilən "Jara" festivalına qatılıb.
Unikal.org Day.Az-a istinadən bildirir ki, o, nəhayət ki, sevimli Bakıya gəldiyinə çox sevindiyini söyləyib.
"Şəhərinizi hədsiz dərəcədə sevirəm. Axırıncı dəfə burada həmkarlarımla birlikdə, bir neçə il əvvəl olmuşdum və indi yenə birgə çıxış edirik.

Şadam ki, festivalda iştirak etməyə dəvət olundum. Gələn ilə məmnuniyyətlə gələcəyəm. Sizi, bakılıları sevirəm və sizin də sevginizə əminəm", - F.Kirkorov deyib.