Xəbər verdiyimiz kimi, Emin Ağalarovun təşkilatçılığı ilə Bakıda "Jara festivalı keçirilir.
Beynəlxalq Musiqi Festivalına Filip Kirkorov, Ani Lorak, Qriqori Leps kimi dünya ulduzları ilə yanaşı azərbaycanlı məşhurlar da qatılıb.
Ölkəmizi bu il "Eurovision musiqi yarışmasında təmsil edən Səmra Rəhimli bu dəfə də geyimi ilə seçilib. Dərin dekolteli libası ilə fərqlənən müğənni səhnə performansı üçün də iddialı geyimə üstünlük verib.
Qeyd edək ki, "İsti günlərin təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radionun və "Qızıl qrammofon mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festival Bakıda hər il keçiriləcək. Builki proqram iki gün üçün nəzərdə tutulsa, gələn il artıq üç-dörd gün davam edəcəyi gözlənilir.