Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hər biri 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 200 milyon ABŞ dolları məbləğində növbəti valyuta hərracı keçirilib.
Unikal.org xəbər verir ki, hərraca çıxarılan məbləğ 29 banka satılmış və tələb tam həcmdə təmin edilib.