"Bakı Slavyan Universitetində (BSU) ciddi olmasa da, müəyyən kadr islahatları aparılacaq".
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu universitetə yeni təyin olunmuş rektor Nurlana Əliyeva jurnalistlərə deyib.
Onun sözlərinə görə, BSU-da müəllim və şagirdlərin geyimi ilə bağlı ciddi tələblərin qoyulması düzgün deyil: "Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, bu, müəllimdir. Tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlərlə diqqəti cəlb etməməlidir. Özünün səliqə-səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geyimi korporativ geyim olmalıdır. Tələbənin geyimi isə öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır".