Azərbaycan hökuməti yerli əhalini erməni atəşindən qorumaq məqsədilə Tərtər rayonunun bir sıra kəndlərində daş-beton hasarlar tikməyi planlaşdırır.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bununla əlaqədar Azərbaycan Ərazilərin Bərpası və Yenidən qurulması Agentliyi hasarı tikəcək podratçı şirkəti müəyyənləşdirmək üçün təkliflərin qiymətləndirilməsini aparır.
Hasarlar cəbhə xəttindən 3 kilometr aralıda yerləşən Qaradağlı və Qapanlı kəndlərində tikiləcək. Tikinti işləri Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.