İpoteka kreditlərinin verilmə qaydaları dəyişib, ilkin ödəniş 20-dən 15 faizə endirilib.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, ekspert Vuqar Bayramov sözlərinə, dəyişikliklə banklar istədikləri məbləğdə ilkin ödəniş tələb edə bilməyəcəklər.
Dəyişiklik imkan verəcək ki, müəllimlər və həkimlər də güzəştli ipoteka kreditlərindən yararlana bilsinlər. Bunun üçün müəllimlərin 5 illik iş stajı olmalıdır.
Digər tələb odur ki, kredit üzrə aylıq ödənişin məbləği ipoteka krediti götürən şəxsin aylıq gəlirinin 70 faizindən çox olmasın.