"Anam Məleykə xanımın gözəl səsi var, oxuyur. Amma atamla ailə qurduqdan sonra oxumasına icazə vermir".
Unikal.org axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Mirkamil Kamilov "5/5" verilişində deyib.
Sənətçi aparıcı Zaur Kamalın "Bir gün ananı və atanı verilişimizə dəvət edək" sözlərinə belə cavab verib:
"Nə atam, nə də mən anamı heç vaxt efirə qoymarıq. Biz başqa xasiyyətdə insanlarıq. Anam bizim üçün həmişə evdə oxuyur".