Hərbiçilərin Türkiyədəki müvəffəqiyyətsiz zərbə cəhdinin ardından ABŞ-ın Pensilvaniya ştatında xarici mediaya şərhlər edən Fətullah Gülənin böyük çöküntü və mənəvi pozuqluğu içində olduğu bilindi.
Unikal.org xəbər verir ki, bu barədə mlumatı Türkiyə mətbuatı məlumat yayıb.
Gülən, Türkiyədəki müvəffəqiyyətsiz zərbə cəhdinin ardından günün ilk saatlarında Pensilvaniya əyalətinin Saylorsburg bölgəsində Amerika və Avropa mediasına Türkiyədəki son hadisələrlə bağlı şərhlər edib.
Anadolu Agentliyi müxbiri və digər Türk jurnalistlərin girişinə icazə verilməyib.
Gülənin, kameralara əks olunan görünüşlərdə böyük bir çöküntü və mənəvi pozuqluğu içində olduğu görüldü.
Köməkçisinə müsahibə başlamazdan əvvəl təzyiqini ölçtürən Gülən üzündəki solğunluq və mənəvi pozuqluğunu gizldə bilməyib. O, danışarkən səsinin zaman zaman titrədiyi fərq edilib.