Pakistanlı bloqer və model, əsl ad və soyadı Fövziyə Əzim olan Kandil Balux qətlə yetirilib. 26 yaşlı Kandili "Pakistanın Kim Kardaşyanı" adlandırırdılar.
Unikal.org milli.az-a istinadən istinadən bildirir ki, Multanda valideynlərinin evində boğulmuş Kandili qardaşının qətlə yetirildiyi güman olunur. Polisdən verilən məlumata görə, qardaşı Kandili döyüb, sonra boğub.
"Qardaşı Kandili əxlaqsız hesab edir, onun ailəni rüsvay etdiyini söyləyirdi", - Multan şəhər polis idarəsinin rəisi Əzhar Əkrəm deyib.
Kandil Balux sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da yarıçılpaq fotolarını və videolarını paylaşandan sonra məşhurlaşıb. Onun İnstagram-dakı profilinin 24 min təqibçisi, Twitter-dəki mikrobloqunun isə 200 minə yaxın oxucusu vardı.
Kandil Balux bir qədər əvvəl yazmışdı ki, əgər Pakistanın kriket yığması Hindistan millisini məğlub edərsə, kamera qarşısında soyunaraq striptiz oynayacaq.